20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Bill Qeyts: “30 milyon insan ölə bilər” - Xəbərdarlıq
Tarix: 30-04-2018 21:53 | Bölmə: Cəmiyyət
Bill Qeyts: “30 milyon insan ölə bilər”

“Microsoft” şirkətinin qurucusu, milyarder Bill Qeyts qlobal epidemiya barədə xəbərdarlıq edib.

Qeyts qlobal epidemiyanı insanları təhdid edən mümkün qiyamət ssenarilərindən biri kimi qiymətləndirib.

Milyarderin sözlərinə görə, qlobal epidemiyadan 6 ayda 30 milyon insan həyatını itirə bilər. Onun fikrincə, bu ssenarinin növbəti 10 il ərzində baş verməsi mümkündür.

Qeyd edək ki, bu yaxınlarda bir şirkət planetimizin sonunu gətirə biləcək 10 fəlakət ssenarisini müəyyənləşdirmiş və bu ssenarilərin baş vermə ehtimallarını açıqlamışdı. Bill Qeytsin bəhs etdiyi qlobal epidemiya ssenarisi də siyahıda yer almışdı. Bu ssenarinin baş vermə ehtimalı olduqda yüksək qiymətləndirilir.

Bu ssenarilər aşağıdakılardır:

1. Kənar sivilizasiyanın Yer kürəsini işğal etməsi – 500-də 1 ehtimal.

2. Qara dəliyin Yer kürəsini udması – 125-də 1 ehtimal.

3. Nano-maşınların planetimizdə insan mədəniyyətinə son qoyaraq dominant növlərə çevrilməsi – 100-də 1 ehtimal.

4. Süni intellektin insanlar əmrindən çıxması – 80-də 1 ehtimal.

5. Qlobal bioloji müharibə - 60-də 1 ehtimal.

6. Qlobal təbii fəlakət – 45-də 1 ehtimal.

7. Qlobal nüvə müharibəsi – 30-da 1 ehtimal.

8. Qlobal epidemiya – 2-də 1 ehtimal.

9. Qiyamət günü - 1-də 1 ehtimal.

10. Günəşin nəhəng bir ulduza çevrilərək planetimizdə həyata son qoyması - 1-də 1 ehtimal.(Publika.az)




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər