20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Müəllimlərin yerdəyişməsi üzrə sənəd qəbulu başlayır
Tarix: 11-05-2018 23:26 | Bölmə: Cəmiyyət
Müəllimlərin yerdəyişməsi üzrə sənəd qəbulu başlayır

“Müəllimlərin işə qəbulu üzrə müsabiqə, müəllimlərin yerdəyişməsi üzrə müsabiqə və diaqnostik qiymətləndirmədə iştirak ödənişsizdir”.

Bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə deyib.

O bildirib ki, buna görə elektron ərizələrin doldurulması, yaxud müraciətə baxılması üçün hər hansı ödənişin edilməsi nəzərdə tutulmayıb.

Müəllimlərin yerdəyişməsi üzrə sənəd qəbulunun iyun ayının 1-də başlayacağını vurğulayan M. Camalzadənin sözlərinə görə, bu il müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin qaydalarında dəyişikliklər həyata keçirilib: “Dəyişikliklərə əsasən, artıq müəllimlərin iş yerinin eyni rayon, şəhər daxilində dəyişdirilməsi, eləcə də bir rayondan, şəhərdən digər rayona, şəhərə dəyişdirilməsi vahid çərçivədə həyata keçiriləcək. Müəllimlərin yerdəyişməsi üzrə müsabiqə zamanı əsas götürülən göstərici müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirmədə topladığı baldır. Amma əgər hər hansı bir namizədin əri və ya arvadı hərbçidirsə, yaxud namizəd şəhid ailəsinin üzvüdürsə, həmin adamların topladıqları bal 1,1 artım əmsalına vurularaq hesablanacaq”.

M. Camalzadə deyib ki, bu il də müəllimlərin işə qəbulu üzrə müsabiqədə dəyişikliklər olacaq. O bildirib ki, müəllimlər işə qəbulu üzrə müsabiqədə göstərilən nəticə 2 tədris ilində öz qüvvəsini saxlayacaq:

"Müəllimlərin işə qəbulu üzrə müsabiqədə əsas ciddi dəyişiklik budur. Əsas mütərəqqi dəyişikliklər müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə müsabiqədə müşahidə olunur”.

M. Camalzadənin sözlərinə görə, müəllimlərin işə qəbulu üzrə müsabiqədə namizədlərə 60 test tapşırığı təqdim edilir: "Həmin test tapşırıqlarının 40-ı namizədin öz ixtisasına, 10 test tapşırığı metodika və təhsil strategiyalarına, digər 10 tapşırıq isə məntiqə dair olur”.

O vurğulayıb ki, müəllimlərin iş yerinin dəyişdirilməsi ilə bağlı xüsusi məhdudiyyət yoxdur.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər