16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Nazir baş direktoru işdən çıxarıb - Təyinat
Tarix: 12-05-2018 21:13 | Bölmə: Cəmiyyət
Nazir baş direktoru işdən çıxarıb

Kənd təsərrüfatı naziri İnam Kərimov rəhbərlik etdiyi nazirliyin tabeliyində olan Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktorunu da vəzifədən azad edib.

Nazirin imzaladığı əmrlə adıçəkilən mərkəzin baş direktoru, professor Rəsul Balayev dünən vəzifəsindən çıxarılıb.

Fakt mərkəzdən Mia.az-a verilən açıqlamada təsdiqlənib.

Bildirilib ki, Rəsul Balayevin yerinə artıq təyinat da olub.

Belə ki, həmin mərkəzin baş direktoru vəzifəsinə Azərbaycan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Ələddin Eyvazov təyin edilib.

Onu da qeyd edək ki, Rəsul Balayev İsmayıllı rayonunun icra başçısı Mirdamət Sadıqovun xalası oğludur.

Reyting.az

Nazir baş direktoru işdən çıxarıb
Ələddin EYVAZOV

Nazir baş direktoru işdən çıxarıb
Rəsul BALAYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}