Nazir növbəti kadr dəyişiklikləri edib - Siyahı
Tarix: 19-05-2018 18:25 | Bölmə: Cəmiyyət
Nazir növbəti kadr dəyişiklikləri edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Bakı şəhəri üzrə 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub.

"Report” xəbər verir ki, müvafiq əmrlə DSMF-nin Yasamal şöbəsinin müdiri vəzifəsi müvəqqəti olaraq İlham Orucova, Sabunçu şöbəsinin rəhbəri vəzifəsi Firdovsi Əliyevə, Suraxanı şöbəsinin müdiri vəzifəsi Pərviz Rüstəmova, Xətai şöbəsinə rəhbərlik isə Firdovsi Bədəlova həvalə edilib.

Bundan başqa, DSMF-nin Qaradağ rayon şöbəsinin müdiri Məhərrəm Məhərrəmov vəzifəsindən kənarlaşdırılıb və onun səlahiyyətlərinin icrası müvəqqəti olaraq Elşən Fətullayevə tapşırılıb.

Onu da qeyd edək ki, DSMF-nin adıçəkilən rayonlar üzrə şöbə müdirlərinin vəzifədən çıxarılma xəbərini ilk olaraq Mia.az saytı yayıb.

Məlumata görə, həm nazirlik, həm də DSMF sahəsində kadr dəyişiklikləri davam edəcək. Qarşıdakı həftədə daha 5 vəzifəli şəxsin işdən çıxarılacağı gözlənilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}