20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Vəkil Baş Prokurorluğun şikayətini qanunsuz sayır
Tarix: 17-09-2018 15:08 | Bölmə: Cəmiyyət
Vəkil Baş Prokurorluğun şikayətini qanunsuz sayır

Bu gün Vəkillər Kollegiyasının İntizam Komissiyasında vəkil Elçin Sadıqova qarşı şikayətə baxılıb.

E. Sadıqov isə Baş Prokurorluğun ona qarşı şikayətini əsassız və qanunsuz hesab edir.

Xatırladaq ki, E. Sadıqov Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə sui-qəsddə təqsirli bilinən Yunis Səfərovun müdafiəsindən kənarlaşdırılıb. Bu barədə sentyabrın 11-də Y. Səfərovun anası Leyla İsmayılova bildirib.

E. Sadıqovun kənarlaşdırılması barədə qərarı Baş prokurorun birinci müavini Rüstəm Usubov qəbul edib.

Buna səbəb kimi Y. Səfərovun ona işgəncə verilməsinə dair "yalan ifadə" verməsi üçün vəkilin Y. Səfərova "psixoloji təsir" göstərdiyi qeyd edilib. Bundan əlavə, R. Usubov Vəkillər Kollegiyasına müraciət edərək E. Sadıqovun cəzalandırılmasını tələb edib.

"Prokurorluğun mənə qarşı müraciətinin tam qanunsuz olması mübahisə doğurmayan haldır. Bununla belə, Vəkillər Kollegiyasının İntizam Komissiyası onu araşdırmalı, Rəyasət Heyəti isə müvafiq qərar qəbul etməlidir", - E. Sadıqov İntizam Komissiyasında onun məsələsinə baxılmasını Turan-a şərh edərkən deyib.

Bu gün E. Sadıqov Vəkillər Kollegiyasının sədri Anar Bağırov və İntizam Komissiysının bir üzvü ilə görüşüb. Onun sözlərinə görə, intizam icraatının materialları vəkilin kənarlaşdırlması ilə bağlı Baş prokurorun birinci müavini Rüstəm Usubovun qərarından və onun Vəkillər Kollegiyası tərəfindən cəzalandırılmasına dair müraciətindən ibarətdir.

"Ümidvaram ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti obyektivlik və ədalətlilik nümayiş etdirəcək, intizam icraatına xitam verəcək", - o qeyd edib.

2018-ci ildə guya peşə etikasını pozması ilə əlaqədar E. Sadıqova qarşı iki intizam icraatı olub.

"Şikayətlərdə göstərilən faktlar məhkəmə protokolları ilə təsdiq edilmədiyindən Vəkillər Kollegiyası həmin şikayətlər üzrə icraata xitam verib", - E.Sadıqov bildirib.

Prokurorluqdan və Vəkillər Kollegiyasından şərh almaq mümkün olmayıb.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər