20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Sabiq baş prokurorun oğlu Türkiyədə öldürüldü
Tarix: 20-09-2018 09:13 | Bölmə: Cəmiyyət
Sabiq baş prokurorun oğlu Türkiyədə öldürüldü

Azərbaycanlı iş adamı Etimad İsmayılov Floryadakı ofisində silahlı hücuma məruz qalıb.

Reyting.az
Türkiyə mediasına istinadən bildirir ki, başından 2, sinəsindən 1 güllə ilə yaralanan iş adamını qaldırıldığı xəstəxanada xilas etmək mümkün olmayıb.

Silahlı hücumu törətdikdən sonra hadisə yerindən qaçan Gözəl Damirov adlı şübhəlinin yaxalanması üçün polis əməliyyatlara başlayıb.

Məlumata görə, qətlə yetirilən iş adamı sabiq baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayilovun oğlu Etimad İsmayılovdur. O. həmçinin Ədalət Partiyası sədrinin birinci müavini idi.

Etimad İsmayılov tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır.

***

"Müsavat”ın məlumatına görə, Gözəl Dəmirov 90-cı illərin əvvəllərində DİN-də idarə rəisi olub, Bakı Soyuducular Zavodunun direktorunun qardaşıdır, istefada olan polkovnikdir.

O, Türkiyədə iri biznesə malikdir, eyni zamanda Azərbaycanda biznes işləri var. Dəmirovun "Fənərbaxça” klubunun keçmiş prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da məlumdur.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər