Bakıdakı universitetlərdən biri bağlanır
Tarix: 24-09-2018 16:02 | Bölmə: Cəmiyyət
Bakıdakı universitetlərdən biri bağlanır

Bakı İslam Universiteti fəaliyyətini dayandırır.


Bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib:

"Tələbələr topladıqları ballara uyğun olaraq digər universitetlərə köçürüləcəklər”.

K. Əsədovun məlumatına görə, bu il adıçəkilən universitetin birinci kursuna qəbul olan tələbələr artıq köçürülüblər.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) də məsələyə münasibət bildirib.

Məlumata görə, QMİ müvafiq qurumlarla məsləhətləşmələrdən sonra təsisçisi olduğu Bakı İslam Universitetinə bu il qəbul olan şəxslərin Azərbaycan İlahiyyat İnstitutunda təhsil almaları barədə qərar qəbul edib.

QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib ki, bu qərar Bakı İslam Universitetinə əvvəlki illlərdə qəbul olanlara şamil edilmir: "Onlar təhsillərini əvvəlki qaydada davam etdirirlər".

R. Dadaşova Bakı İslam Universitetinə daxil olan şəxslərin Azərbaycan İlahiyyat İnstitutuna köçürülməsinin səbəbini orada eyni ixtisas üzrə pulsuz təhsilin olması ilə izah edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}