17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Ramil Usubov kadr dəyişikliyi edib - Təyinat
Tarix: 25-09-2018 15:29 | Bölmə: Cəmiyyət
Ramil Usubov kadr dəyişikliyi edib

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovniki Ramil Usubov Goranboy rayon polis şöbəsinin sabiq rəisi, polis polkovniki Azadəliyev Fəqan Cəbrayıl oğlunu yeni vəzifəyə təyin edib.

R. Usubovun müvafiq əmri ilə F. Azadəliyev Bakı Baş Polis İdarəsinin Əməliyyat Statistik İnformasiya şöbəsinin rəisi təyin olunub.

Xəbəri unikal.org-a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov təsdiqləyib.

Xatırladaq ki, F. Azadəliyev 2014-cü ilin fevral ayından Goranboy rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Bu ilin fevral ayında daxili işlər nazirinin müvafiq əmri ilə tutduğu vəzifədən azad edilərək, sərəncama götürülmüşdü.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}