16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
İranda gərginlik: SEPAH-ın zabiti öldürülüb, yaralılar var
Tarix: 17-09-2023 20:06 | Bölmə: Dünya
İranda gərginlik: SEPAH-ın zabiti öldürülüb, yaralılar var

İranın cənubunda naməlum şəxslərin hücumu nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir hissəsi olan “Bəsic” bölməsinin bir zabiti həlak olub, daha üç zabit yaralanıb.

Reyting.az
İran KİV-lərinə istinadla bildirir ki, bunu Fars vilayəti qubernatorunun siyasi məsələlər üzrə müavini Esmail Kazal Sofli deyib.

İRNA xəbər agentliyi Kazal Soflidən sitat gətirərək yazır ki, iki naməlum şəxs Nurabad Mamasani şəhərində təhlükəsizliyi qoruyan “Bəsic” qüvvələrinin üzvlərinə fərq qoymadan atəş açıb.

K. Sofli deyib ki, naməlum şəxslər motosikletlə onların yanından keçərkən atəş açıblar və dərhal hadisə yerindən qaçıblar. Onun sözlərinə görə, əyalətin kəşfiyyat, təhlükəsizlik və hüquq-mühafizə orqanları hücum edənləri axtarır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}