ABŞ səfirliyi raket atəşinə tutulub
Tarix: 08-12-2023 09:59 | Bölmə: Dünya
ABŞ səfirliyi raket atəşinə tutulub

Bağdad şəhərinin mərkəzində yerləşən ABŞ səfirliyinin ətrafı raket atəşinə tutulub.

Reyting.az
xəbər verir ki, bu barədə “Shafaq News” xəbər agentliyi İraq təhlükəsizlik xidmətindəki mənbəyə istinadla məlumat paylaşıb.

Mənbə ABŞ-ın Bağdaddakı səfirliyinin bilavasitə yaxınlığında partlayış səslərinin eşidildiyini, binanın içərisində sirenlərin işə düşdüyünü bildirib. İlkin məlumata görə, səfirliyin perimetri ətrafına bir neçə raket atılıb.

Əlavə məlumat verilmir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}