Almaniyada qatar reyslərinin əksəriyyəti ləğv edilib
Tarix: 08-12-2023 10:54 | Bölmə: Dünya
Almaniyada qatar reyslərinin əksəriyyəti ləğv edilib

Almaniyada həm sərnişin, həm də yükdaşıma xidmətlərini əhatə edən GDL maşinistlər həmkarlar ittifaqının tətili səbəbindən qatar reyslərinin 80 faizdən çoxu ləğv edilib.

Reyting.az
xəbər verir ki, bu barədə “Spiegel” nəşri yazıb.

Cümə axşamı saat 18:00-dan etibarən tətilçilər yük daşımalarında, dörd saatdan sonra isə sərnişin daşımalarında işi dayandırıblar. Tətil cümə günü saat 22:00-a qədər davam edəcək.

Etirazçılar əməkhaqqının artırılmasını, iş şəraitinin təkmilləşdirilməsini və iş həftəsi saatlarının 38-dən 35 saata qədər azaldılmasını istəyirlər.

Xatırladaq ki, Litvada təhsil işçiləri maaşların artırılması tələbi ilə növbəti dəfə tətilə çıxıblar.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}