14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Ukrayna yenidən raket atəşinə məruz qalır
Tarix: 08-12-2023 11:06 | Bölmə: Dünya
Ukrayna yenidən raket atəşinə məruz qalır

Bu gün səhər saatlarında Ukrayna ordusu Rusiyanın “Tu-95MS” strateji bombardmançı təyyarələrindən qanadlı raketlərin buraxılması barədə məlumat yayıb.

Reyting.az
bildirir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin Telegram kanalında verilən məlumatına görə, saat 06:30-da Cənub və Şərq bölgələrində hava hücumu xəbərdarlığı elan edilib.

Qeyd olunur ki, Xarkov vilayətində raketlərin birinci qrupu əvvəlcə Dnepropetrovsk vilayətinə doğru getsə də, sonradan kurs dəyişib.

Təxminən səhər saat 7-də Dnepr üzərindəki raketlər Qərbə doğru istiqamətlənib. Raketlər Kiyev vilayəti istiqamətində - Kirovoqrad və Çerkassı vilayətləri üzərindən uçur, eyni zamanda Cənubdan Kiyevə doğru yön alıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}