14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Paşinyan Tokayevi Ermənistana dəvət edib
Tarix: 08-12-2023 11:51 | Bölmə: Dünya
Paşinyan Tokayevi Ermənistana dəvət edib

Ermənistanın baş naziri Nikol Paşinyan və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.

Reyting.az
xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı Ermənistan-Qazaxıstan münasibətlərinin gündəliyi ilə bağlı məsələlər müzakirə olunub. İki ölkə arasında əlaqələrin inkişafında qarşılıqlı maraq, iqtisadi və digər sahələrdə əməkdaşlıq potensialının reallaşdırılmasının zəruriliyi vurğulanıb.

Ermənistanın baş naziri Qazaxıstan prezidentini İrəvana rəsmi səfərə dəvət edib. Paşinyan bu səfərin iqtisadi və digər sahələrdə əməkdaşlıq potensialını reallaşdırmaq üçün vacib olduğunu bildirib.

Qazaxıstan prezidenti Ermənistan baş nazirinin dəvəti qəbul edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}