20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ukraynanın müdafiəsi əhəmiyyətli dərəcədə azala bilər
Tarix: 08-12-2023 13:25 | Bölmə: Dünya
Ukraynanın müdafiəsi əhəmiyyətli dərəcədə azala bilər

ABŞ Konqresinin hələlik razılaşa bilmədiyi Vaşinqtonun əlavə yardımı olmadan Ukrayna ordusunun Rusiyanın hava zərbələrindən müdafiə və döyüş meydanında irəliləmə qabiliyyəti azalacaq.

Reyting.az
xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

Sallivan əlavə edib ki, maliyyə yardımı ilə bağlı problemlər Ukraynanın Rusiyanın hücumlarına qarşı özünü müdafiə etmək, eləcə də yeni əraziləri azad etmək qabiliyyətini əhəmiyyətli dərəcədə aşağı salacaq.

Prezidentin köməkçisi “The New York Times” qəzetinə müsahibəsində qeyd edib ki, hava hücumundan müdafiə vasitələrinin tədarükünün dayandırılması hərbi əməliyyatların sonrakı gedişində mühüm rol oynayacaq: “Ukrayna Silahlı Qüvvələrinin infrastruktur və birləşmələrinə hücum edən raket və dronları ələ keçirmək qabiliyyəti də ciddi şəkildə azalacaq”.

Qəzetin yazdığına görə, son aylarda Ukraynaya verilən silahların sayı xeyli azalıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər