14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Ağ ev Putinin yenidən prezident olmaq istəyini lağa qoyub
Tarix: 09-12-2023 10:26 | Bölmə: Dünya
Ağ ev Putinin yenidən prezident olmaq istəyini lağa qoyub

Ağ ev Rusiya prezidenti Vladimir Putinin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakla bağlı bəyanatını şərh edib.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, Ağ ev Vladimir Putinin bəyanatını lağa qoyub.

"Yaxşı, heyrətamiz yarış olacaq, elə deyilmi?", - ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi Vladimir Putinin yenidən prezident seçilmək istəyi ilə bağlı sualı cavabında deyib.

C. Kirbi bu barədə suallara əlavə cavab verməyib: "Bu barədə deyə biləcəyim budur".

TASS Kremldə keçirilən mərasim iştirakçılarına istinadla xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

Qeyd edək ki, 2024-cü ilin mart ayının 17-də Rusiyada prezident seçkiləri keçiriləcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}