20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Almaniya kansleri: “Ukraynanı tək qoymaq olmaz”
Tarix: 09-12-2023 20:19 | Bölmə: Dünya
Almaniya kansleri: “Ukraynanı tək qoymaq olmaz”

Almaniya kansleri Olaf Şolts deyib ki, ölkəsi başqalarının dəstəyinin zəifləməsi fonunda Ukraynaya dəstəyi artırmağa hazır olmalıdır.

Reyting.az
xəbər verir ki, Almaniya Sosial Demokrat Partiyasının konfransında Olaf Şolts Ukraynanı dəstəkləməkdə israrlı olmağa çağırıb.

“Uzun müddət üçün lazım olanı edə bilməyimiz, yəni Ukraynanı müdafiə mübarizəsində dəstəkləməyə davam etmək vacibdir”,- Alman lider qeyd edib.

Almaniya kansleri əlavə edib ki, 2022-ci ildə Ukraynanın işğalı ilə Rusiya Avropada sülh və təhlükəsizliklə bağlı ümumi anlayışa son qoyub: “Aydın olmalıdır ki, Avropadakı sərhədlər artıq zorla köçürülməyəcək”.

Şolts həmçinin bildirib ki, Almaniya “başqaları zəiflədikdə” daha çox şey etməyə hazır olmalıdır: “Bu da gələn il keçiriləcək prezident seçkiləri ərəfəsində ABŞ-dakı siyasi vəziyyətə işarədir. Buna görə də Almaniya tərəfi qərarlar verilməlidir ki, biz bunu edə bilək”.

“Prezident Putin bizim geri çəkilməyimizi gözləyə bilməz”,- deyən Şolts əlavə edib ki, Ukrayna tək buraxıla bilməz.

İndiyə qədər Almaniya Ukraynaya döyüş sursatları, pilotsuz təyyarələr, qumbaraatanlar və yük maşınları da daxil olmaqla hərbi yardımlar göndərib. 2023-cü ilin noyabrında Almaniya Maliyyə Nazirliyi 2024-cü il üçün subsidiyalar çərçivəsində Ukraynaya hərbi yardımı ikiqat artırmağa qərar verib. 2024-cü il üçün Kiyevə hərbi yardım 8 milyard avro təşkil edəcək.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər