20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ruslar dondurulmuş aktivlərini verməyə razılaşır
Tarix: 09-12-2023 20:30 | Bölmə: Dünya
Ruslar dondurulmuş aktivlərini verməyə razılaşır

Rusiya iqlim dəyişikliyinin bərpası fondunu maliyyələşdirmək imkanlarını araşdırır.

Reyting.az
-ın xarici KİV-lərə istinadla verdiyi xəbərə görə, Rusiyanın iqlim üzrə elçisi Ruslan Edelgeriev COP28 sammitində deyib ki, bu addım inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmağa kömək edəcək.

“Biz elan etməyə hazırıq ki, Rusiya beynəlxalq təşkilatlar tərəfindən saxlanılan dondurulmuş milli qızıl ehtiyatlarından itkilərin kompensasiyası fonunda könüllü maliyyə töhfəsini nəzərdən keçirir”, - Edelgeriev deyib.

Xatırladaq ki, Ukraynaya genişmiqyaslı müdaxilədən sonra Qərb Rusiyanın 300 milyard dollardan çox beynəlxalq ehtiyatını dondurub. Ukrayna Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən vəsaitin müharibədən sonrakı bərpa üçün istifadə olunmasını istəyir, lakin bu, hüquqi məsələlər və gələcək mümkün nəticələri ilə çətinləşir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər