14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
İsrail-Qəzza münaqişəsində 84 jurnalist həlak olub
Tarix: 10-12-2023 00:56 | Bölmə: Dünya
İsrail-Qəzza münaqişəsində 84 jurnalist həlak olub

İsrail-Qəzza münaqişəsində daha iki jurnalist ölüb.

Reyting.az
xəbər verir ki, bu barədə Qəzza hökuməti məlumat yayıb.

İsrail döyüş təyyarələrinin Ed-Derc bölgəsinə hücumu zamanı qadın jurnalist Ula Atallah həlak olub. O, “Anadolu” agentliyinin keçmiş müxbiridir.

Yerli mənbələrdən alınan məlumata görə, Atallahın eyni evdə olan bəzi ailə üzvləri də həyatını itirib.

Fələstin Jurnalistlər Birliyindən verilən açıqlamada İsrailin Xan Yunus şəhərinə endirdiyi hava hücumunda jurnalist Dua əl-Cebburun əri və uşaqları ilə birlikdə həlak olduğu bildirilib.

Məlumata görə, Cebburun yerli "Media Eye Network"də işləyirmiş.

Qeyd edək ki, 7 oktyabrdan həlak olan media mənsublarının sayı 9-u qadın olmaqla 84-ə çatıb.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}