14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
İsrail aviasiyası Dəməşqə hava zərbəsi endirib
Tarix: 11-12-2023 09:43 | Bölmə: Dünya
İsrail aviasiyası Dəməşqə hava zərbəsi  endirib

İsrail Suriyanın paytaxtı Dəməşqin bəzi ərazilərinə hava hücumu təşkil edib.

Reyting.az
-ın xəbərinə görə, Suriya xəbər agentliyi SANA hərbi mənbəyə istinadla bildirir ki, gecə saatlarında İsrail aviasiyası Dəməşq ətrafındakı bəzi nöqtələri hədəf alıb.

“Havadan müdafiə sistemlərimiz, Qolan təpələrindən gələn raketləri ələ keçirərək bəzilərini vurub. Hücum zamanı müəyyən ziyan dəyib”, - Suriyanın rəsmi xəbər agentliyi qeyd edib.

İsrail rəsmiləri isə hücumla bağlı açıqlama verməyib.

Məlumdur ki, Dəməşq və onun kənd yerlərində Livan “Hizbullahı”nın, eləcə də Suriya ordusu və İranın dəstəklədiyi terror qruplaşmalarının ünsürləri var. İsrail 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Suriyada İranın dəstəklədiyi qruplara və Suriya ordusuna aid hərbi məntəqələrə vaxtaşırı hücumlar edir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}