Polşada bütün kəşfiyyat orqanlarının rəhbərləri işdən çıxarılıb
Tarix: 13-12-2023 18:57 | Bölmə: Dünya
Polşada bütün kəşfiyyat orqanlarının rəhbərləri işdən çıxarılıb
Donald Tusk


Polşanın bütün xüsusi xidmət orqanlarının rəhbərləri ölkənin yeni baş naziri Donald Tuskun qərarı ilə vəzifələrindən azad ediliblər.

Reyting.az
xəbər verir ki, bu barədə “Zet” məlumat yayıb.

Polşa Seyminin müvafiq komissiyası Tuskun təklifi ilə bütün kəşfiyyat xidmətlərinin rəhbərlərini vəzifədən azad edib. Parlamentin qərarı ilə Daxili Təhlükəsizlik İdarəsinin, Korrupsiyaya Qarşı Mübarizə üzrə Baş İdarəsinin, Kəşfiyyat İdarəsinin, eləcə də Hərbi Kəşfiyyat və Hərbi Əks-kəşfiyyat Xidmətinin rəhbərləri tutduqları vəzifələrdən gediblər.

Xatırladaq ki, dekabrın 13-də səhər saatlarında Tusk and içərək, ölkənin tamhüquqlu baş naziri olub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}