20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Berlində Ukrayna ilə əlaqəli koalisiyanın ilk konfransı keçirilib
Tarix: 13-12-2023 19:49 | Bölmə: Dünya
Berlində Ukrayna ilə əlaqəli koalisiyanın ilk konfransı keçirilib

Berlində Ukraynanın hava və raketdən müdafiə üzrə tərəfdaşlarının ilk konfransı keçirilib.

Reyting.az
xəbər verir ki, bu barədə dekabrın 13-də Almaniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlik xatırladıb ki, nazir Boris Pistorius noyabrın 22-də Ukrayna Müdafiə Əlaqələri Qrupunun iclasında Almaniya və Fransanın İnteqrasiya edilmiş Hava və Raket Hücumundan Müdafiə Koalisiyasına (CCIAMD) rəhbərlik edəcəklərini bildirib.

Dekabrın 12 və 13-də Berlində 22 ölkədən 70-ə yaxın iştirakçının, eləcə də Avropa İttifaqı və NATO nümayəndələrinin iştirak etdiyi ilk konfrans keçirilib.

CCIAMD-nin məqsədi Ukraynada NATO-ya uyğun hava hücumundan müdafiə arxitekturasının inkişafını əlaqələndirməkdir.

İlk görüşdə, ilk növbədə, Ukraynaya dəstəyin necə təşkili və həyata keçirilə biləcəyinə diqqət yetirilib.

Bundan əlavə, işçi qrupları ilk addımları hazırlamaq üçün birgə çalışıblar.

Əsas diqqət aşağıdakı mövzulara yönəldilib:

- Fransanın rəhbərliyi altında “Komanda strukturu”;

- ABŞ-ın rəhbərliyi altında "Sistemlər";

- Almaniyanın rəhbərliyi altında "Təlim".

Onu da qeyd edək ki, dekabrın 13-də Almaniya kansleri Olaf Şolts Almaniyanın Kiyevə söz verdiyi ikinci “Patriot” sisteminin bu il Ukraynada işləyəcəyini açıqlayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər