20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
ABŞ-da Ukraynaya yardımı təsdiqləmək şansı artıb
Tarix: 14-12-2023 10:12 | Bölmə: Dünya
ABŞ-da Ukraynaya yardımı təsdiqləmək şansı artıb

ABŞ prezidenti Co Bayden ABŞ-ın sərhəd siyasətinə dəyişikliklər təklif etdikdən sonra Ukraynaya yardımla bağlı ikitərəfli razılaşmanın perspektivləri yaxşılaşıb.

Reyting.az
“Bloomberg”ə istinadla xəbər verir ki, daxili təhlükəsizlik katibi Alejandro Mayorkas çərşənbə axşamı gecə saatlarında senatorlarla təxminən iki saata yaxın müzakirə aparıb.

Respublikaçı senator Tom Tillisin sözlərinə görə, təklif, müəyyən sayda sənədsiz miqrant ABŞ sərhədini keçdikdən sonra onları deportasiya etmək üçün Baydenin səlahiyyətlərini genişləndirəcək. Lakin mühafizəkar respublikaçılar bunun kifayət etmədiyini söyləyib.

Eyni zamanda, Ohayo ştatından respublikaçı Ceyms David Vance qeyd edib ki, Ağ ev məsələyə müdaxilə edəndə “bir az aydınlaşdı”. O, bununla belə, yekun razılaşmanın yaxın gələcəkdə hazır olmayacağını deyir.

Qeyd edək ki, oktyabrın 20-də ABŞ prezidenti Co Bayden Ukrayna, İsrail və Tayvana yardım göstərmək üçün Konqresə 106 milyard dollarlıq maliyyə tələbi təqdim edib. Ukraynaya dəstək üçün 61 milyard dollar ayrılıb. Lakin sənəd hələ amerikalı qanunvericilər tərəfindən təsdiqlənməyib. Dekabrın 12-də Bayden vurğulayıb ki, Konqres tətildən əvvəl “Putinə böyük Milad hədiyyəsi verməzdən əvvəl” Ukrayna üçün əlavə maliyyə məsələsinə səs verməlidir.

Eyni zamanda, “Hill” nəşri senatorlara istinadla yazır ki, Konqres çox güman, Ukraynaya yardım və ABŞ-ın cənub sərhədlərinin təhlükəsizliyinin gücləndirilməsi məsələsini gələn ilə qədər təxirə salacaq, çünki Milad bayramına qədər qanun layihəsini qəbul etməyə vaxtı olmayacaq.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər