İsrailin təxribatı nəticəsində Livanda yüzlərlə insan yaralanıb - Yenilənib
Tarix: 17-09-2024 18:05 | Bölmə: Dünya
İsrailin təxribatı nəticəsində Livanda yüzlərlə insan yaralanıb

İsrail hərbçiləri “Hizbullah” qərargahının yerləşdiyi Beyrutun cənub ətraflarında portativ radio partlayışları törədiblər.

Reyting.az
-ın xəbərinə görə, “Əl-Cəzirə” telekanalı Livanın təhlükəsizlik xidmətindəki mənbəyə istinadla bildirir ki, şiə milislərinin istifadə etdiyi portativ radiolarının sındırılması nəticəsində törədilən partlayışda “Hizbullah”ın onlarla döyüşçüsü yaralanıb.

Livanın digər bölgələrində, xüsusən də şiə döyüşçülərin İsrailə qarşı əməliyyatlara başladığı sərhəd bölgələrində itkilər barədə hələlik dəqiq məlumat yoxdur.

İsrailin genişmiqyaslı təxribatına cavab olaraq “Hizbullah” hələlik heç bir açıqlama verməyib.

***

İsrailin genişmiqyaslı təxribatı ilə rabitə vasitələrinin partlaması nəticəsində Livanın Beyrut, Nəbatiyyə, Səidə və Tire xəstəxanaları qurbanlarla dolub. Xəstəxanalara mindən çox yaralı aparılıb.

Reyting.az
-ın məlumatına görə, Livanın səhiyyə naziri vəzifəsini icra edən Firas Abyad öz Telegram kanalında bildirib ki, bütün tibb müəssisələri gücləndirilmiş rejimə keçib.

Onun sözlərinə görə, bir neçə yüz həkim səfərbər edilib, yaralıların çatdırılmasına 50 təcili tibbi yardım maşını cəlb olunub.

E. KAMAL




Bölməyə aid digər xəbərlər