Rusiya-ABŞ danışıqlarının nəticələri açıqlanıb
Tarix: 10-04-2025 20:14 | Bölmə: Dünya
Rusiya-ABŞ danışıqlarının nəticələri açıqlanıb

İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında aparılan danışıqlar iki dövlətin səfirliklərinin işinin normallaşmasına təkan verib.

Reyting.az
TASS-a istinadla bildirir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri və məsləhətləşmələrin iştirakçısı Aleksandr Darçiyev deyib.

Diplomat qeyd edib ki, Rusiya və ABŞ diplomatik nümayəndəliklərinin işinin normallaşdırılması üzrə ikitərəfli ekspert məsləhətləşmələrinin sonuncu raundu müsbət atmosferdə keçib və iki ölkə prezidentlərinin qarşıya qoyduğu bu vəzifənin həllində irəliləməyə imkan yaradıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər