İran rəsmisi uğursuzluğu etiraf edir: “Bütün komandirlər bir saat ərzində öldürüldü”
Tarix: 21-06-2025 17:50 | Bölmə: Dünya
İran rəsmisi uğursuzluğu etiraf edir: “Bütün komandirlər bir saat ərzində öldürüldü”

İranın milli təhlükəsizlik sistemində böyük sızma olub. Bunu İran parlamenti sədrinin müşaviri general Məhəmməd Qalibaf iddia edib.

Onun sözlərinə görə, İsrailin son zərbələri bir saat ərzində bütün yüksək səviyyəli komandirləri öldürüb.

"Aydındır ki, təhlükəsizlik və kəşfiyyat sahəsində böyük sızma baş verdi - bunu inkar etmək olmaz. Bütün yüksək səviyyəli komandirlərimiz bir saat ərzində öldürüldü", - o qeyd edib.

Müşavir onu da vurğulayıb ki, ən böyük uğursuzluq İran kəşfiyyat xidmətlərinin İsrail əməliyyatına aylarla davam edən hazırlığı aşkar edə bilməməsidir: “İran İsrail kəşfiyyat xidmətlərinin hücuma hazırlaşmaq üçün aylar ərzində ölkəyə raket və dron hissələrini necə idxal etdiyini aşkar etməyib”.




Bölməyə aid digər xəbərlər
17-06-2025, 12:50 İki neft tankeri toqquşub