11:42 / 06-08-2025
Narkokuryerlər tutulublar
11:39 / 06-08-2025
İran nə etmək istəyir?
Baş nazir ChatGPT qalmaqalı ilə üzləşib
Tarix: 06-08-2025 09:35 | Bölmə: Dünya
Baş nazir ChatGPT qalmaqalı ilə üzləşib

İsveçin baş naziri Ulf Kristersson hökumət işlərində "fərqli fikir" əldə etmək üçün tez-tez süni intellektə müraciət etdiyini bildirdikdən sonra tənqid atəşinə tutulub.

Reyting.az
xəbər verir ki, baş nazir ChatGPT və LeChat şəbəkəsindən istifadə etdiyini, bunun ona alternativ fikirlərlə köməklik göstərdiyini deyib.

"Mən bu xidmətlərdən tez-tez istifadə edirəm - hətta sadəcə, fərqli rəy eşitmək, başqalarının nə etdiyini və fərqli düşünməli olduğumuzu görmək üçün",- deyə baş nazir əlavə edib.

Baş nazirin bu açıqlaması media və ekspertlərin tənqidlərinə səbəb olub.

“Aftonbladet” qəzeti redaksiya məqaləsində baş naziri “oliqarxların süni intellekt psixozunun tələsinə düşməkdə” ittiham edib.

Karlstad Universitetinin kibertəhlükəsizlik üzrə tədqiqatçısı Simone Fischer-Hübner isə xəbərdarlıq edib ki, süni intellektdən hətta sadə, lakin potensial olaraq həssas məlumatları emal etmək də risklidir.

Kristerssonun sözçüsü Tom Samuelsson bəyan edib ki, baş nazir sistemlərə heç bir kritik məlumat ötürmür: "Bu, təhlükəsizlik məlumatlarına aid deyil".

V. QULİYEV




Bölməyə aid digər xəbərlər