İran və İraq təhlükəsizlik sazişi imzalayıb - Foto
Tarix: 11-08-2025 18:26 | Bölmə: Dünya
İran və İraq təhlükəsizlik sazişi imzalayıb

İran və İraqın yüksək səviyyəli təhlükəsizlik rəsmiləri bazar ertəsi Bağdadda təhlükəsizlik məsələləri üzrə birgə anlaşma memorandumu imzalayıblar.

Reyting.az
xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Razılaşma İranın Ali Milli Təhlükəsizlik Şurasının yeni təyin olunmuş katibi Əli Laricani ilə İraqın milli təhlükəsizlik üzrə müşaviri Qasim əl-Araci arasında imzalanıb.



Laricani yola düşməzdən əvvəl deyib ki, İraqla təhlükəsizlik sazişi hazırlayıblar və bu, çox mühüm məsələdir: “İranın öz qonşularına münasibəti və mövqeyi iranlıların təhlükəsizliyinin əsas prioritet olmasına əsaslanır, lakin İran da qonşu ölkələrin təhlükəsizliyinə diqqət yetirir".

O qeyd edib ki, İranın təhlükəsizliyi qonşu ölkələrin təhlükəsizliyi ilə qırılmaz şəkildə bağlıdır. Onun sözlərinə görə, İran dost İraqla sıx ticarət əlaqələri saxlayır, eyni zamanda iki ölkə çox yaxşı səviyyədə əməkdaşlıq edir.

Səfərinin məqsədi barədə danışan İran təhlükəsizlik xidmətinin rəhbəri İraqın yüksək vəzifəli rəsmiləri ilə görüşlərdə Tehran və Bağdad arasında əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə etməyi planlaşdırdığını bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər