Tramp uzunmüddətli “şatdaun”un fəsadlarından danışıb
Tarix: 03-10-2025 12:17 | Bölmə: Dünya
Tramp uzunmüddətli “şatdaun”un fəsadlarından danışıb

“ABŞ-da uzunmüddətli “şatdaun” vəziyyətində təkcə bəzi dövlət işçilərinin deyil, həm də demokratların bəyəndiyi bəzi layihələrdə ixtisarlar aparıla bilər”.

Reyting.az
xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “One America News”-a müsahibəsində deyib.

“İxtisarlar ola bilər və bu, onların (demokratların-red.) günahıdır, amma başqa şeylər də ola bilər. Biz onların ehtiyac duyduğu layihələri, sevimli layihələrini kəsə bilərdik və onlar həmişəlik kəsiləcək”, - o, uzun müddətli “şatdaun”da Ağ evin nə edəcəyi ilə bağlı suala cavabında bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər