Rusiyanın ən böyük kimya zavodu hücuma məruz qalıb
Tarix: 03-10-2025 11:45 | Bölmə: Dünya
Rusiyanın ən böyük kimya zavodu hücuma məruz qalıb

Ukrayna pilotsuz təyyarələri Rusiyanın Perm diyarında kimyəvi zavoda hücum edib.

Reyting.az
xəbər verir ki, bu barədə “Meduza - LIVE” Telegram kanalında məlumat yayıb.

Regionun rəhbəri Dmitri Maxoninin sözlərinə görə, pilotsuz təyyarələrin hücumu Berezniki şəhərinə olub.

Yerli sakinlər “Azot” kimya zavodunda partlayış səsləri eşitdiklərini bildiriblər.

Qubernator əlavə edib ki, zavodda “texnoloji tsikldə qısa fasilə” yaranıb və səhərə qədər zavod normal rejimdə işləyir.

Maxonin qeyd edib ki, hücum zamanı ikimənzilli yaşayış binası da zədələnib, amma itki olmayıb.

“Azot” Rusiya Federasiyasının ən böyük kimya sənayesi müəssisələrindən biridir.

“Washington Post” daha əvvəl yazmışdı ki, Ukrayna pilotsuz təyyarələrinin hücumları Rusiyada benzin istehsalının azalmasına səbəb olub. Jurnalistlərin fikrincə, Rusiyada emal gücü kəskin şəkildə azalıb, çünki hökumət nəhəng hərbi xərcləri azalan gəlirlərlə tarazlaşdırmaq üçün mübarizə aparır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər