10:58 / 11-09-2025
İsrailə raket hücumu olub
Lukaşenko: "Trampa sülhün bərqərar olması missiyasında kömək etməyə hazıram"
Tarix: 11-09-2025 18:03 | Bölmə: Dünya
Lukaşenko: "Trampa sülhün bərqərar olması missiyasında kömək etməyə hazıram"

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ lideri Donald Trampın yanında durmağa və ona sülhün bərqərar olması üzrə missiyasında kömək etməyə hazır olduğunu bildirib.

Məlumata görə, Lukaşenko Trampın dünyada müharibələrin və münaqişələrin dayandırılması üçün səy göstərdiyini deyib.

"Bizim əsas vəzifəmiz Trampın yanında durmaq və ona sülhün bərqərar olması missiyasında kömək etməkdir. O, yeddi ya altı müharibə və münaqişəni dayandırıb. Lakin o, həqiqətən də, digər prezidentlərdən fərqli olaraq, bu müharibələrin olmaması üçün səy göstərir. Onun əsas vəzifəsi Ukraynadakı münaqişənin həllidir. Bizim üçün bu ən vacib istiqamətdir. Buna görə də onun bu səylərini hər cür dəstəkləməliyik", - A.Lukaşenko bildirib(Report).




Bölməyə aid digər xəbərlər