Zelenski Trampın xüsusi nümayəndəsi ilə görüşüb
Tarix: 12-09-2025 00:02 | Bölmə: Dünya
Zelenski Trampın xüsusi nümayəndəsi ilə görüşüb

Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloqla görüşüb.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna lideri “Telegram” kanalında bildirib.

"Ruslara qarşı təzyiqləri, tarif və sanksiyalar siyasətində tərəfdaşlarımızla birlikdə nə edə biləcəyimizi ətraflı müzakirə etdik ki, ən qısa zamanda liderlər səviyyəsində görüşək və bu müharibəyə son qoya bilək", - deyə Zelenski qeyd edib.

Ukrayna prezidenti həmçinin ABŞ-da ukraynalı qaçqın İrina Zarutskaya və amerikalı mühafizəkar fəal Çarli Kirkin qətli ilə bağlı Kelloqa başsağlığı verib.

Onu da qeyd edək ki, bundan əvvəl Kelloq Rusiyanı Ukraynadakı münaqişəni gərginləşdirməkdə ittiham edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər