Ukrayna ordusu rusların komanda məntəqəsini dağıdıb: 17 zabit öldürülüb
Tarix: 12-09-2025 10:24 | Bölmə: Dünya
Ukrayna ordusu rusların komanda məntəqəsini dağıdıb: 17 zabit öldürülüb

Ötən ayın sonunda Ukrayna ordusunun Zaporojya vilayətinin Voskresenka kəndində rus ordusunun komanda məntəqəsini darmadağın etməsi təsdiqlənib.

Reyting.az
xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin zabiti, cəbhədə rus ordusunun itkilərini izləyən hərbi blogger Anatoli Stefanın sözlərinə görə, komanda məntəqəsinə hücum nəticəsində Rusiya ordusunun ən azı iki polkovnik-leytenantı həlak olub. Çünki iki yüksək zabit rütbələri haqqında nekroloqlar komanda məntəqəsinin dağıdılmasından bir neçə gün sonra ortaya çıxıb.

Blogger deyib ki, hər iki polkovnik-leytenant Voskresenkada məhv edilib.

Rusiya Federasiyasının itkilərini izləyən mənbələr bildiriblər ki, hücumda ümumilikdə 17 zabit və 1 sıravi öldürülüb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər