Qırğızıstanda yeni “kənd-şəhər” yaradılır
Tarix: 17-09-2025 08:28 | Bölmə: Dünya
Qırğızıstanda yeni “kənd-şəhər” yaradılır

Qırğızıstanın xəritəsində yeni şəhər görünəcək.

Reyting.az
yerli mediaya istinadla bildirir ki, bu barədə Qırğızıstan prezidenti Sadır Cafarov özü məlumat açıqlayıb.

Onun sözlərinə görə, bu status Oş vilayətinin Alay rayonunun Gülçə kəndinə veriləcək. Respublika başçısı bu məqsədlə Sabit Fonddan yarım milyard som ayırmağı tapşırıb.

Gülçənin infrastrukturunun inkişafı və küçələrinin tam asfaltlanması nəzərədə tutulub.

Hakimiyyət bu layihəni əlamətdar hadisə – XIX əsrin görkəmli dövlət və siyasi xadimi Alimbek Datkanın 225 illik yubileyi ilə əlaqədar həyata keçirir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər