Pakistan və Əfqanıstan arasında 48 saatlıq atəşkəs əldə olunub
Tarix: 15-10-2025 17:31 | Bölmə: Dünya
Pakistan və Əfqanıstan arasında 48 saatlıq atəşkəs əldə olunub

Pakistan və Əfqanıstan arasında 48 saatlıq müvəqqəti atəşkəs barədə razılıq əldə olunub.

Pakistan Xarici İşlər Nazirliyinin məlumatına görə, atəşkəs Bakı vaxtı ilə 19:00-da başlayacaq.

Nazirliyin bəyanatında bildirilib ki, həm Pakistan, həm də Əfqanıstan dialoq yolu ilə mürəkkəb, lakin həll oluna bilən məsələyə müsbət həll yolu tapmaq üçün səmimi səylər göstərəcəklər.




Bölməyə aid digər xəbərlər