Tramp: Hindistan Rusiyadan neft almayacaq
Tarix: 16-10-2025 13:13 | Bölmə: Dünya
Tramp: Hindistan Rusiyadan neft almayacaq

ABŞ prezidenti Donald Tramp Hindistanın baş naziri Narendra Modinin onu Rusiyadan neft almağı dayandıracağına inandırdığını və bunun Ukraynadakı müharibənin sona çatmasını asanlaşdıracağını bildirib.

Reyting.az
xəbər verir ki, Donald Tramp bunu Ağ evdə keçirdiyi mətbuat konfransında deyib.

Rusiya-Ukrayna müharibəsindən narazılığını dilə gətirən Tramp əlavə edib:

“Hindistanın (Rusiyadan) neft almasından narazı idim. Modi bu gün məni Rusiyadan neft almayacaqlarına inandırdı”.

Tramp idxalın dərhal dayandırıla bilməyəcəyini və prosesin yavaş olacağını, lakin tezliklə tamamlanacağını vurğulayıb.

Hindistanın neft alışını dayandırmasının Rusiya-Ukrayna müharibəsində vasitəçilik səylərini asanlaşdıracağını qeyd edən Trampın sözlərinə görə, ABŞ Çini də eyni işə məcbur etməlidir.

Qeyd edək ki, Trampın avqust ayında Hindistanın “Rusiya neftini alması” səbəbi ilə mövcud 25 faizlik qarşılıqlı tarif dərəcəsinə əlavə olaraq Hindistana 25 faizlik gömrük rüsumunun tətbiqi qərarından sonra iki ölkə arasında tarif gərginliyi artıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər