14:41 / 22-10-2025
Yeni medal təsis edilib
İsveç Ukraynaya 120 ədəd döyüş təyyarəsi satmaq istəyir
Tarix: 22-10-2025 19:23 | Bölmə: Dünya
İsveç Ukraynaya 120 ədəd döyüş təyyarəsi satmaq istəyir

İsveç Ukraynaya ən son model JAS 39 Gripen E döyüş təyyarəsi satmaq niyyətindədir.

Reyting.az
xəbər verir ki, bu barədə İsveçin TV4 Nyheterna telekanalı məlumat yayıb.

Məlumata görə, söhbət 120 ədəddən gedir.

Bu, İsveç üçün indiyə qədərki ən böyük satışın iki dəfə böyüyü deməkdir.

Bildirilir ki, hazırda İsveç Gripen C/D modelindən cəmi 10-dan bir qədər çox satmaq imkanına malikdir.

JAS 39 Gripen E - Saab şirkəti tərəfindən hazırlanmış İsveç döyüş təyyarəsinin son modelidir. Bu model əvvəlkilərlə müqayisədə daha güclü mühərrikə, daha böyük uçuş məsafəsinə, həmçinin daha müasir radar və elektron sistemlərə malikdir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər