Bolton: Tramp Putinə görə Ukraynanın tərəfini tutmayacaq
Tarix: 23-10-2025 12:09 | Bölmə: Dünya
Bolton: Tramp Putinə görə Ukraynanın tərəfini tutmayacaq

“Prezident Donald Tramp münaqişədən çıxmaq istəyir. Çalışır ki, insanlar onu uduzan tərəf kimi görməsinlər".

Reyting.az
xəbər verir ki, bunu prezident Donald Trampın keçmiş müşaviri Con Bolton bəyan edib.

Onun sözlərinə görə, ABŞ prezidenti Tramp Rusiya lideri Putinə görə heç vaxt Ukraynanın tərəfini tutmayacaq.

C. Bolton deyib ki, üstəlik, Tramp dostu Putinin ona kömək edə biləcəyini də düşünür. “Trampın istəyi (münaqişədən) çıxmaq, uduzan tərəf kimi görünməməkdir", - Bolton əlavə edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər