İran səfiri Dağıstanda: vilayətin prezidenti ilə görüşüb - Fotolar
Tarix: 01-07-2019 11:41 | Bölmə: Dünya
 İran səfiri Dağıstanda: vilayətin prezidenti ilə görüşüb

İranın Rusiyadakı səfiri Mehdi Sənayi Dağıstan rəhbərliyi ilə görüşüb.

Reyting.az
“İSNA”ya istinadla xəbər verir ki, görüşdə İran və Rusiyanın cənub bölgəsi arasında iqtisadi və mədəni əməkdaşlıq məsələləri müzakirə olunub.

Dağıstan prezidenti Vladimir Vasilyev İslam Respublikası ilə kənd təsərrüfatı, sənaye və nəqliyyat sahələrində əlaqələrin genişləndiyini vurğulayıb.

Mehdi Sənayi muxtar respublikada İran mallarının ilk sərgisinin keçirilməsi, habelə ticarət evinin açılışı təklifini irəli sürüb.

Səfir Rusiyaya göndərilən malların 30 faizinin Dağıstanın quru ərazisi və limanları ilə ixrac edildiyini bildirib. Hazırda İranla Dağıstan arasında ticarət dövriyyəsinin həcmi 400 min tondur.

Görüşdə turizm və Tehranla Mahaçqala arasında nəqliyyat reysinin açılması məsələsi də səslənib.

 İran səfiri Dağıstanda: vilayətin prezidenti ilə görüşüb




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}