17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Xəzərdə daha 4 nəfər boğuldu
Tarix: 29-08-2019 15:19 | Bölmə: Dünya
Xəzərdə daha 4 nəfər boğuldu

Bu gün yerli vaxtla saat 06:30-da İranın şimalında yerləşən Mazandaran vilayətində Xəzər dənizinin Mahmudabad sahillərində 4 nəfər boğulub.

Bunu İranın Mazandaran vilayəti xilasetmə və dalğıc idarə heyətinin rəhbəri Nəqi Kərimian deyib.

N.Kərimianın sözlərinə görə, boğulanlardan biri itkin düşüb, biri isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Rəsmi əlavə edib ki, 2 nəfər də insanların köməyi ilə ölümdən xilas olub/Trend




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}