"Eşq olsun Boris!” - Trampdan Britaniyaya maraqlı mesaj
Tarix: 13-12-2019 15:02 | Bölmə: Dünya
"Eşq olsun Boris!” - Trampdan Britaniyaya maraqlı mesaj

"Böyük Britaniyadakı erkən parlament seçkilərində Mühafizəkarlar Partiyasının qələbəsi “Brexit”dən sonra bu ölkə ilə ABŞ arasında yeni “böyük ticarət sövdələşməsi”nin imzalanması üçün şərait yaradır".

Reyting.az
xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Twitter”dəki səhifəsində yazı paylaşıb.

O, Consonu böyük qələbəsi münasibətilə təbrik edib: "İndi Britaniya ilə Birləşmiş Ştatlar "Brexit"dən sonra böyük yeni ticarət sövdələşməsinə getmək üçün sərbəst olacaqlar. Bu sövdələşmə Avropa İttifaqı ilə baş tuta biləcək hər hansı sövdələşmədən xeyli böyük və daha səmərəli olmaq potensialı daşıyır. Eşq olsun Boris!”

Qeyd edək ki, seçkilərdə 650 dairədən 634-də səsvermənin nəticələri bəlli olub. Belə ki, mühafizəkarlar parlamentdə 364 mandat, leyboristlər 203 mandat, Skott Milli Partiyası 48 mandat, Liberal Demokrat Partiyası 11 mandat təmin ediblər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər