Türkiyədə son 24 saatda 1610 nəfər virusa yoluxub - Ölənlərin sayı 168-ə çatıb
Tarix: 30-03-2020 22:34 | Bölmə: Dünya
Türkiyədə son 24 saatda 1610 nəfər virusa yoluxub - Ölənlərin sayı 168-ə çatıb

Türkiyədə koronavirusa yoluxanların sayı artıb.

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca açıqlama yayıb.

Nazir bildrib ki, bu gün 11535 nəfər testdən keçirilib: "Onlardan 1 610 nəfərinin nəticələri müsbət çıxdı. Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 10827 oldu".

Nazir bildirib ki, bu gün Türkiyədə koronavirusdan daha 37 nəfər ölüb: "Bununla da, ölü sayımız 168 nəfərə yüksəldi, hazırda  725 nəfər reanimasiyadadır".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}