Bir gündə iki təyyarə qəzası baş verdi - Ölənlər var - Foto
Tarix: 06-06-2020 15:46 | Bölmə: Dünya
Bir gündə iki təyyarə qəzası baş verdi - Ölənlər var

ABŞ-da bir gündə iki kiçik təyyarə qəzaya uğrayıb.

Reyting.az
xarici KİV-ə istinadla xəbər verir ki, qəza zamanı ümumilikdə 8 nəfər həlak olub.

İyunun 5-də kiçik mühərrikli bir təyyarə Kaliforniya ştatının Redlands şəhərində dağlıq ərazidəki qayalığa çırpılıb. Qəza nəticəsində ən azı 3 nəfər həyatını itirib.

Digər məlumata görə, həmin gün daha bir təyyarə qəzası Corciya ştatında baş verib. Hadisə zamanı ikisi uşaq olmaqla 5 nəfər həlak olub.

Yerli polis şefinin bildirdiyinə görə, Florida ştatından İndiana ştatına dəfn mərasiminə uçan təyyarənin göyərtəsində pilotla yanaşı bir ailənin 4 üzvü olub.

Bir gündə iki təyyarə qəzası baş verdi - Ölənlər var

Reyting.az




Bölməyə aid digər xəbərlər