Ukraynada 5 mindən çox tibb işçisi koronavirusa yoluxub
Tarix: 06-06-2020 18:20 | Bölmə: Dünya
Ukraynada 5 mindən çox tibb işçisi koronavirusa yoluxub

26 514 nəfərdə COVİD-19 xəstəliyinin qeydə alındığı Ukraynada yoluxanların hər beş nəfərindən çoxu tibb işçisidir.

Reyting.az
Ukrayna KİV-nə istinadla bildirir ki, bu haqda ölkənin səhiyyə naziri Maksiç Stepanov brifinqdə məlumat verib.

Nazir deyib ki, ötən sutka 550 yeni yoluxma qeydə alınıb. Onların 44-ü uşaq, 53-ü tibb işçisidir. 142 nəfər xəstəxanaya yerləşdirilib.

Pandemiya başlayandan 26 514 nəfərdə koronavirus aşkarlanıb, onların 1903-ü uşaq və 5016 nəfəri tibb işçisidir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər