Çin koronavirusa qarşı peyvəndi dünya üçün əlçatan etməyi planlaşdırır
Tarix: 08-06-2020 00:27 | Bölmə: Dünya
Çin koronavirusa qarşı peyvəndi dünya üçün əlçatan etməyi planlaşdırır

Çin hakimiyyəti koronavirusa qarşı peyvəndi dünya üçün əlçatan etməyi planlaşdırır.

Bu barədə Çin Xalq Respublikasının Elm və texnika naziri Van Çjıqan bildirib.

Onun sözlərinə görə, hal-hazırda peyvəndlərin yoxlanılması prosesi gedir, təhlükəsizlik, səmərəlilik və əlçatanlıq kimi parametrlərə üstünlük verilir.

"Dünya peyvəndlərin yaradılması mərhələsində və ondan sonraki dövrlərdə əməkdaşlığı gücləndirməlidir" - Çjıqan deyib.

Qeyd edək ki, Çin may ayında 2 575 könüllüdə beş fərqli koronavirus peyvəndini müvəffəqiyyətlə sınaqdan keçirdiyini elan edib/Report.




Bölməyə aid digər xəbərlər