Türkiyəli nazir: “Pandemiya S-400-lərin aktivləşdirilməsinə mane olub”
Tarix: 08-06-2020 13:50 | Bölmə: Dünya
Türkiyəli nazir: “Pandemiya S-400-lərin aktivləşdirilməsinə mane olub”

Yeni növ koronavirus (COVID-19) pandemiyası Türkiyədə S-400-lərin aktivləşdirilməsinə mane olub.

Bu barədə Türkiyənin Müdafiə Sənayesi naziri İsmayıl Dəmir bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə hazırlıq işləri davam etdirilir.

Nazir bildirib ki, Rusiyadan ikinci sistemin tədarükü ilə bağlı prinsipcə anlaşma əldə edilib.

İ. Dəmir qeyd edib ki, ABŞ-dan “Patriot”ların alınması məsələsində isə hər hansı nəticə əldə edilməyib/APA.




Bölməyə aid digər xəbərlər