ABŞ Rusiya, İran və Çinə yeni sanksiyalar tətbiq edəcək
Tarix: 09-06-2020 11:13 | Bölmə: Dünya
ABŞ Rusiya, İran və Çinə yeni sanksiyalar tətbiq edəcək

ABŞ Konqresinin Florida ştatından olan respublikaçı üzvü Qreq Styubi bu həftə Rusiya, İran və Çinə qarşı yeni sanksiyalar təklif etmək niyyətindədir.

O, bu barədə “Fox Business” telekanalının efirində bildirib.

Senator vurğulayıb ki, Rusiya, Çin və İrana qarşı yeni sanksiyalar və beynəlxalq xarici siyasi yanaşmalar təklif edəcək.

Onun sözlərinə görə, yeni sanksiya tədbirləri İrana qarşı silah embarqosunun müddətinin başa çatması ilə əlaqədardır.

Q.Styubi həmçinin partiyasının ABŞ-ın Livana maliyyə yardımı ayrılmasının qadağan edilməsini təklif etmək niyyətində olduğunu da söyləyib.

Daha əvvəl ABŞ İranın 100-dən çox gəmi və şirkətinə qarşı sanksiya tətbiq etmişdi/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər