21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Seneqal prezidenti karantinə alınıb
Tarix: 25-06-2020 12:45 | Bölmə: Dünya
Seneqal prezidenti karantinə alınıb

Seneqal Prezidenti Maki Sall yeni koronavirusa yoluxduğu üzə çıxan şəxslə təmasdan sonra iyunun 24-dən ikihəftəlik müddətə özünü təcrid etmək qərarı verib.

Məlumata görə, hökumət sözçüsü Seido Queye həmin şəxsin yoluxduğu məlum olandan sonra 59 yaşlı dövlət başçısının də testdən keçdiyini, cavabın mənfi çıxdığını deyib. Buna baxmayaraq, ölkə lideri tibbi tövsiyələri nəzərə alaraq şəxsi karantin keçmək qərarına gəlib.

Bundan əvvəl parlament üzvü Yeya Diallonun da koronavirus testi müsbət nəticə vermişdi.

Seneqalda indiyədək yeni koronavirusa 6 100-dan artıq sakin yoluxub, 93 nəfər də ölüb/Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər