Ermənistan parlamentinin daha bir neçə deputatı koronavirusa yoluxub
Tarix: 25-06-2020 15:24 | Bölmə: Dünya
Ermənistan parlamentinin daha bir neçə deputatı koronavirusa yoluxub

Ermənistan parlamentinin daha bir neçə deputatı yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

Bu barədə parlamentdəki "Mənim addımım" blokunun rəhbəri Lilit Makunts deyib.

“Dünən bir millət vəkilinin koronavirus nəticəsinin müsbət olduğunu bildirdim, daha sonra digər parlamentarilərin analizlərinin cavablarını aldıq. Daha 3 deputatda yoluxma aşkarlanıb, lakin mən onların adlarını açıqlaya bilmərəm”, - deyə blokun rəhbəri bildirib.

Qeyd edək ki, dünən "Mənim addımım" blokunun üzvləri Viktor Yengibaryan və Kristine Poqosyan "Facebook" vasitəsilə ictimaiyyətə COVID-19 virusuna yoluxduqlarını açıqlayıblar. Müxalifət partiyası "Çiçəklənən Ermənistan" fraksiyasının üzvü və parlamentin vitse-spikeri Vahe Enfiajyan da koronavirusa yoluxduğunu bildirib/APA.




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}