Belarusda daha 382 nəfər koronavirusa yoluxub
Tarix: 27-06-2020 17:12 | Bölmə: Dünya
Belarusda daha 382 nəfər koronavirusa yoluxub

Belarusda son sutkada koronavirusa daha 382 yoluxma və bu xəstəlikdən 4 ölüm faktı qeydə alınıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Qeyd olunub ki, bununla da ölkədə yoluxanların ümumi sayı 61 095-ə, ölənlərin sayı isə 377-yə çatıb.

Məlumata görə, pandemiyadan 44 126 pasiyent sağalıb.

Qeyd edək ki, bir müddət əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə koronavirusun ikinci dalğasının başlayacağı barədə xəbərdarlıq edərək daha ciddi hazırlıq işləri görməyi tapşırmışdı.

Belarus əhalisinin sayı 9 475 174 nəfərdir/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}