Kolumbiyada koronavirusa rekord sayda yoluxma qeydə alındı
Tarix: 28-06-2020 09:12 | Bölmə: Dünya
Kolumbiyada koronavirusa rekord sayda yoluxma qeydə alındı

Kolumbiyada son sutka ərzində yeni növ koronavirus infeksiyasına (COVID-19) 4 149 şəxs yoluxub.

Reyting.az
“TASS”a istinadla xəbər verir ki, bu barədə Kolumbiya Səhiyyə Nazirliyi bəyan edib.

Nazirlik bildirir ki, bu, pandemiya başlayandan bəri rekord yoluxma sayıdır.

Qeyd olunur ki, son 24 saatda COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 123 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə ümumilikdə 88 591 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 36 273 nəfər müalicə olunaraq sağalıb, 2 939 nəfər vəfat edib.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}